Rusiya Ər-Riyadda ABŞ nümayəndə heyəti ilə aparılan danışıqlar zamanı NATO qoşunlarının Şərqi Avropadan çıxarılması tələbini irəli sürməyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Xeyr, bu, həqiqətə uyğun deyil”, - o bildirib.
Qeyd edək ki, ötən gün Rumıniya Prezidentinin müdafiə və milli təhlükəsizlik üzrə müşaviri Kristian Diakonesku Rusiya tərəfinin Səudiyyə Ərəbistanında danışıqlar zamanı bu məsələni qaldırdığını bəyan edib.