Fevralın 23-də Almaniyanın 21-ci çağırış Bundestaqına (Federal Məclis) keçirilmiş seçkidə 19 türkəsilli namizəd millət vəkili seçilib.
"Anadolu" agentliyi xəbər verir ki, onlardan yeddisi Sosial-Demokrat Partiyasının (SPD) üzvüdür.
Bundestaqda Sol Partiyanı ("Die Linke") eyni sayda türkəsilli deputat təmsil edəcək. Xristian-Demokrat Partiyası iki, "Yaşıllar Partiyası ("Grüne") iki, Xristian Sosial Birlik Partiyası (CSU) isə bir türkəsilli deputatla təmsil olunacaq.
Hülya Düber CSU-dan seçilən ilk türkəsilli millət vəkili oldu.
Qeyd edək ki, 20-ci çağırış parlamentində 18 türkəsilli deputat fəaliyyət göstərirdi.