Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-i cümə günü Vaşinqtona uçacaq.
TASS xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nazirlər Kabinetinin ilk iclasında deyib.
“Zelenski cümə günü gələcək. Bu, artıq təsdiqlənib”, - deyə o qeyd edib.
Ağ Ev rəhbəri vurğulayıb ki, Zelenskinin səfəri çərçivəsində Ukraynanın resursları ilə bağlı saziş imzalanacaq.
Senzor.az bildirir ki, bu arada Ukrayna Prezidenti Volodimir Zelenski də ABŞ səfərinə hazırlaşdığını təsdiqləyib.
O da səfərin fevralın 28-nə planlaşdırıldığını bildirib.