Ermənistanda “iqtisadi terror”?
ETİRAZÇILAR PAŞİNYANLA GÖRÜŞ TƏLƏB EDİRLƏR

İrəvanın Respublika meydanında ticarət dövriyyəsindən verginin artırılmasına etiraz edən sahibkarların növbəti mitinqi keçirilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, etiraz aksiyalarının iştirakçıları baş nazir Nikol Paşinyanla görüşmək tələbini irəli sürürlər.

 

Onlar, həmçinin Ermənistanın İqtisadiyyat nazirliyinə də məktub göndərərək, qurumun rəhbəri Gevorq Papoyanla görüş tələb ediblər. Onların iddiasına görə, hakimiyyətin cavab vermədiyi bir çox suallar yaranıb.

 

“Nazir mütəmadi olaraq sahibkarlarla görüşüb təkliflərimizi müzakirə edəcəyinə söz verib, lakin indiyədək müsbət addımlar görməmişik. Vergi dərəcəsinin artırılması ilə yanaşı, sahibkarları icbari inventarlaşdırma, eləcə də qızıl ticarətində həllini tapmamış problemlər də bizi narahat edir”, - fəal etirazçı qadınlardan biri deyib.

 

Xatırladaq ki, fevralın 27-də Ermənistan hökumətinin iclasında keçid dövrünün - 2025-ci il iyulun 1-dək tətbiq edilməsi barədə qərar qəbul olunub. Müəssisələrə yeni vergi tələbləri tətbiq edilmədən ötən il aldığı malları müvafiq sənədlər olmadan satmağa icazə verilir.

 

Lakin etirazçıların iddiasına görə, bu tədbir yalnız müvəqqəti güzəştdir və satış vergisinin artırılması ilə bağlı əsas problemləri həll etmir. Sahibkarlar yeni siyasəti “iqtisadi terror” adlandırırlar.

 

Növbəti etiraz aksiyası aprelin 14-nə təyin edilib. İştirakçılar onların hüquqlarını pozduğuna və kiçik biznesin mövcudluğuna təhlükə yaratdığına inandıqları yeni qanunun tamamilə ləğvini tələb edirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.