İlham Əliyevdən İspaniya Kralına
QƏLƏBƏ TƏBRİKİ

Prezident İlham Əliyev İspaniya Kralı VI Felipeyə təbrik məktubu ünvanlayıb.

 

Senzor.az bildirir ki, məktubda deyilir:

 

“Əlahəzrət,

 

2026 FIFA Dünya Kubokunda İspaniya milli futbol komandasının möhtəşəm qələbəsi və ikinci dəfə dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 

Futbol üzrə dünya birinciliyinin oyunlarında yüksək ustalıq, böyük əzmkarlıq və sarsılmaz iradə nümayiş etdirərək azarkeşlərinə unudulmaz anlar və hədsiz sevinc bəxş etmiş İspaniya futbolçularına ən səmimi təbriklərimi yetirir, onlara yeni-yeni uğurlar arzulayıram”.

 

Xatırladaq ki, iyulun 19-da futbol üzrə dünya çempionatının finalında İspaniya yığması Argentina millisi üzərində 1:0 hesabı ilə qələbə qazanaraq ikinci dəfə dünya çempionu olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.