Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Komissiyasının sədri Ursula fon der Leyeni Avropanı hərbiləşdirmək üçün səfərbər olan “Fürer Ursula” adlandırıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Lavrov bu barədə amerikalı blogerlər Mario Naufal, Larri Conson və Endryu Napolitanoya müsahibəsində deyib.
“Ukrayna rejimi konstitusiyaya NATO üzvlüyünü daxil edəndə, eyni zamanda milli azlıqlar üçün təminatları qoruyanda vəziyyət dəyişdi. Onlar bəyan etdi ki, NATO və AB Ukraynanın gələcəyidir. Onlar bu barədə ilk dəfə danışmağa başlayanda AB hələ də müəyyən iqtisadi birləşmə görünüşünü saxlayırdı, indi isə bu xüsusiyyətini tamamilə itirib. “Fürer Ursula” hamını Avropanın yenidən hərbiləşdirilməsi üçün səfərbər edir”, - o bildirib.