Ukraynada atəşkəs danışıqları:
RUSİYA ABŞ-dan NƏLƏRİ TƏLƏB EDİB?

Vaşinqtonun 30 günlük atəşkəs təklifindən sonra Rusiya ABŞ-a Ukraynaya dair potensial razılaşma üçün tələblər siyahısını verib.

 

Bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən məlumat yayıb.

 

"Vəziyyətlə tanış olan iki mənbə bildirib ki, Rusiya Vaşinqtona Ukraynada müharibənin dayandırılması və ABŞ ilə münasibətlərin bərpa edilməsi üçün razılaşma tələblərinin siyahısını təqdim edib", - deyə agentliyin məlumatında bildirilir.

 

"Reuters"in xəbərinə görə, konkret tələblər hələ açıqlanmayıb. Həmçinin Rusiyanın bu tələblər qəbul olunana qədər Kiyevlə sülh danışıqlarına başlamağa hazır olub-olmadığı da məlum deyil.

 

Agentliyin mənbələri bildiriblər ki, tələblər Ukraynanın NATO-ya üzvlüyündən imtina edilməsi, Rusiyaya birləşdirilmiş torpaqların onun parçası olaraq tanınması və Ukrayna ərazisində xarici qoşunların yerləşdirilməməsi də daxil olmaqla, Moskvanın əvvəlki şərtlərinə bənzəyir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.