Kreml ABŞ nümayəndəsini sülh danışıqlarından kənarlaşdırıb? – AĞ EVDƏN REAKSİYA

Prezident Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq münaqişənin dayandırılması ilə bağlı Moskva ilə yüksəksəviyyəli danışıqlardan kənarlaşdırılıb. Bu, Kremlin onun iştirakını istəmədiyini bildirməsindən sonra baş verib.

 

Bu barədə "NBC News" telekanalına ABŞ Administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.

 

Onun sözlərinə görə, Kelloq Ukraynaya həddindən artıq yaxındır.

 

"Bizim adamımız deyil, axtardığımız kalibrə uyğun deyil", - deyə bu məsələ ilə bağlı açıq danışmağa səlahiyyəti olmayan rəsmi şəxs əlavə edib.

 

Qeyd edək ki, istefada olan general-leytenant Kit Kelloq danışıqların onun səlahiyyətlərinə daxil olmasına baxmayaraq Səudiyyə Ərəbistanında biri Rusiya rəsmiləri ilə, digəri isə ukraynalılarla keçirilən son iki sammitdə iştirak etməyib.

 

Daha əvvəl Kelloq Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsini və ABŞ tərəfindən silahlandırılmasını dəstəkləyirdi. Onun fikrincə, bu, Rusiyanın atəşkəs və ya sülh sazişindən sonra daha irəli getməyəcəyinə və yenidən hücum etməyəcəyinə zəmanət verməli idi.

 

80 yaşlı Kelloq ABŞ Prezidentinin qətiyyətli tərəfdarıdır. O, Trampın ilk müddətində müxtəlif vəzifələr tutub, o cümlədən vitse-prezident Mayk Pensin milli təhlükəsizlik üzrə müşaviri olub... 

 

Eyni zamanda, Ağ Ev Kelloqun vəzifədən çıxarılmasını təsdiqləməyib. Ağ Evin milli təhlükəsizlik sözçüsü Ceyms Hewitt bildirib ki, Kelloq "xüsusilə ABŞ-ın avropalı müttəfiqləri ilə danışıqlar baxımından komandanın dəyərli bir hissəsi olaraq qalır".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.