Real TV 7 yaşında! - VİDEO

Bu gün Real TV-nin 7 yaşı tamam olur.

 

Senzor.az xatırladır ki, 5 mart 2018-ci ildə Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclasında “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ixtisaslaşmış kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

 

Real TV 15 mart 2018-ci il saat 08:00-da Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə əsas yayıma başlayıb. 17 sentyabr 2018-ci ildən etibarən 24 saatlıq yayıma keçib.

 

Real TV Azərbaycanda operativ təhlil və informasiya mərkəzlərindən biri olmaqla yanaşı, həm də informasiya mühitində öz standartlarını diktə edən qurumdur. Kanal təkcə Azərbaycan auditoriyasını deyil, həm də bütün dünyanın böyük bir hissəsini hər gün xəbərlərlə təmin edir. Televiziyada gün ərzində yerli və xarici xəbərlər, aktual mövzuların müzakirəsi, təhlili izləyicilərə təqdim olunur.

 

Qeyd edək ki, gün ərzində telekanalda yayımlanan maraqlı süjetlər və müsahibələr televiziyanın “YouTube” səhifəsinə də yerləşdirilir. Kanal kabel televiziyalarında, həmçinin peyklə yayımlanır.

 

Real TV-nin Türkiyə, Amerika, Avropa, Rusiya Ukrayna, Çin və Mərkəzi Asiya büroları fəaliyyət göstərir.

 

“Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Əməkdar jurnalist Mir Şahin Ağayevdir.

 

Senzor.az-ın kollektivi, başda dəyərli Mir Şahin müəllim olmaqla, Real TV-nin bütün əməkdaşlarını təbrik edir, onlara daha böyük uğurlar arzulayır!







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.