Krımın ilhaqı beynəlxalq hüququn pozulmasıdır -
TÜRKİYƏ XİN BƏYANAT YAYDI

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Krım yarımadasının qanunsuz ilhaqının 11-ci ildönümü ilə bağlı bəyanat yayıb.

 

Senzor.az bildirir ki, bəyanatda Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaq etməsi beynəlxalq hüququn pozulması kimi qiymətləndirilib.

 

Sənəddə Ankaranın bu durumu qəbuledilməz hesab etdiyi, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyi qeyd olunub: “Krım tatar türklərinin durumu başda olmaqda yarımadadakı vəziyyəti yaxından izləyəcək və mövcud prosesləri beynəlxalq ictimaiyyətin gündəmində saxlayacağıq".

 

Xatırladaq ki, Rusiyanın Krım yarımadasını işğal etməsi 2014-cü il fevralın 20-də qoşunların yeridilməsi və strateji obyektlərin ələ keçirilməsi ilə başlayıb. Martın 16-da Rusiya hərbçilərinin nəzarəti altında “referendum” keçirilib. İki gün sonra isə Rusiya müvafiq “sənəd” imzalayaraq Krımın “ilhaq”ını elan edib. Martın 27-də BMT Baş Assambleyası Ukraynanın ərazi bütövlüyünü təsdiqləyən qətnamə qəbul edib.

 

Krımın işğalı davam edir və Azərbaycan daxil olmaqla, dünya ictimaiyyəti onun ilhaqını tanımır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.