Vuçiç: Serbiyada Maydan metodları işə yaramayacaq

Serbiyada 2014-cü ildə Kiyevdəki Maydan metodları keçməyəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Serbiya Prezidenti Aleksandar Vuçiçin videomüraciətində belə deyilir.

 

O, müxalifəti 15 mart etirazları zamanı hakimiyyətin guya akustik silah tətbiq etməsi barədə dezinformasiya yaymaqda ittiham edib.

 

"Hər şey uğursuz başa çatanda, yalan danışmaq lazım gəlir və onlar akustik silahla bağlı bir hekayə uydurdular. Onlar bu silahı taparaq sosial şəbəkələrdə guya "Kobra"nın (hərbi polis bölməsi, prezidentin mühafizəsi) hərbçilərinin əlində olan şəkillərini göstəriblər. Amma bu, səs silahı deyil, adi antidron topudur, çünki Serbiya ordusunda və "Kobra"larda ümumiyyətlə səs silahı yoxdur", - Prezident vurğulayıb.

 

Serbiya Daxili İşlər Nazirliyinin məlumatına görə, Belqradda gecə etirazlarında 31 minə yaxın insan iştirak edib. İğtişaşlar baş verib.

 

Qeyd edək ki, etirazlara ilkin səbəb Novi Sad şəhərindəki dəmiryol stansiyasında baş verən faciədir, orada ötən ilin noyabr ayının əvvəlində dam örtüyünün bir hissəsinin uçması nəticəsində 15 nəfər həlak olub.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.