ABŞ alimləri Trampa görə Avropaya köçürlər

Avropa İttifaqına (Aİ) üzv olan ölkələr və Böyük Britaniya ABŞ Prezidenti Donald Trampın dövlət xərclərini azaltmaq siyasəti və ölkədə dəyişən siyasi iqlim fonunda xeyli sayda alimin Avropa tədqiqat və təhsil müəssisələrində işləmələrini gözləyir.

 

Bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

 

Qeyd olunur ki, iqlim və epidemioloji tədqiqatlar, eləcə də mövcud administrasiyanın gündəminə uyğun gəlməyən bir sıra humanitar və ictimai-siyasi sferalar ABŞ-da maliyyə ixtisarlarına məruz qalan ilk sahələrdir.

 

Fransanın ali təhsil və tədqiqat naziri Filip Batist artıq ABŞ-dan olan mütəxəssislərə Avropanın aparıcı tədqiqat institutlarında işləmək üçün dəvət göndərib.

 

Böyük Britaniyanın Kembric Universiteti amerikalı mütəxəssisləri cəlb etməyi hədəfləyir. İsveçdəki Karolina İnstitutu da Avropaya köçməkdə maraqlı olan xeyli sayda amerikalı peşəkarın olduğunu bildirib. Avropa ölkələri ilə yanaşı, Çin də cəlbedici iş şəraiti yaratmaq üçün çoxlu imkanlara malik olan ABŞ alimləri uğrunda mübarizəyə fəal qoşulacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.