Hüquq sistemimizdən utanırıq. İfadələr, iddialar və ittihamlar 5 dəqiqə ərzində ictimaiyyətə açıqlanıb. Bütün bunlar gizli olmalı idi.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ankara bələdiyyəsinin sədri Mənsur Yavaş İstanbul bələdiyyəsinin sədri, partiya silahdaşı Əkrəm İmamoğlunun həbs olunması ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
“İstintaqın məxfiliyi anlayışı var, amma məhkəmə zamanı gördük ki, oradakı ifadələr bütün Türkiyəyə, sözün əsl mənasında, beş dəqiqə sonra yayıldı. Üstəlik, vəkillərin əldə edə bilmədiyi iddia və ittihamları televiziyadan izlədik. Bu, vəziyyətin nə qədər siyasi olduğunu açıq şəkildə göstərir. 5 milyon insanın səsi ilə seçilən bələdiyyə sədrinə bu şəkildə mane olmaq ölkəmiz üçün ayıbdır. Bunun nəticəsi nə oldu? 26 milyard dollar havaya uçdu. Heç kimin bunu etməyə haqqı yoxdur”, - Yavaş bildirib.