Rusiyadan şok iddia: Tatarıstana raket zərbəsi Qazaxıstandan endirilib
ASTANA TƏKZİB EDİR

Tatarıstanın Yelabuqa və Nijnekamsk şəhərlərinə hücum edən pilotsuz təyyarələr Mərkəzi Asiya respublikalarından birinin ərazisindən buraxıla bilərdi.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Dövlət Duması Müdafiə Komitəsinin üzvü, general-leytenant Andrey Qurulev deyib.

 

Onun sözlərinə görə, mütəxəssislər bunu dronların uçuş trayektoriyasını izləməklə öyrənməlidirlər: “Onların Ukrayna ərazisindən buraxılması faktı yoxdur. Bizim Orta Asiya respublikaları da var ki, bu, tamamilə mümkündür”.

 

O əlavə edib ki, Tatarıstana ən yaxın olan Mərkəzi Asiya respublikası Qazaxıstandır və mümkündür ki, PUA-lar oradakı nəzarətsiz ərazidən buraxılıb.

 

Bu arada Qazaxıstan Müdafiə Nazirliyi Tatarıstana hücum edən dronların Qazaxıstan ərazisindən buraxıldığı barədə xəbərləri təkzib edib.

 

"Bəzi Telegram kanallarında Tatarıstan Respublikasının obyektlərinə hücum edən dronların Qazaxıstan ərazisindən atıldığı barədə yayılan məlumatlar həqiqətə uyğun deyil" – deyə Nazirlikdən bildirilib. 

 

Məlumatda, həmçinin bu cür xəbərlərin Qazaxıstan Respublikasını nüfuzdan salmağa yönəldildiyi vurğulanıb. Buna görə qurum vətəndaşlardan və mediadan şayiələrə əhəmiyyət verməmələrini və yalnız məlumatın sübut olunduğu mənbələrə etibar etmələrini xahiş edir.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.