Rusiya hökuməti istefa verdi - YENİLƏNİB

Dörd ildən bir az artıq müddətdə Baş nazir vəzifəsində çalışan Mixail Mişustinin rəhbərlik etdiyi Rusiya hökuməti Konstitusiyaya uyğun olaraq istefa verib. Mişustinin özü müvafiq əmr imzalayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

 

Əvvəlki hökumətin üzvləri istefa verdikdən sonra yeni Kabinet formalaşana qədər öz vəzifələrini icra edəcəklər. Baş nazirin təyinatı may bayramları zamanı gözlənilir, bundan sonra Nazirlər Kabinetinin üzvləri təsdiqlənəcəklər.

 

Baş nazirin namizədliyi Dövlət Dumasının mayın 10-da keçiriləcək plenar iclasında təsdiqlənəcək.

Yeni hökumətin mayın 13-dən 19-dək keçiriləcək plenar həftə ərzində təsdiqlənməsi planlaşdırılır. Bundan əvvəl Dumanın komitələrində namizədlərlə görüşlər keçiriləcək.

 

Bu il Nazirlər Kabineti ilk dəfə Konstitusiyada nəzərdə tutulan yeni qaydalara əsasən formalaşdırılacaq. Onun tərkibini Dövlət Duması və Federasiya Şurası təsdiq edəcək.

 

**10:27


Rusiya Prezidenti Vladimir Putin prezident seçkisində qalib gəldikdən sonra bu gün and içəcək və yeni dövrdə səlahiyyətlərinin icrasına başlayacaq.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, inaqurasiya mərasimi Moskva vaxtı ilə saat 12:00 radələrində (Bakı vaxtı ilə saat 13:00-da) Kremldə başlayacaq.   

 

Məlumat üçün əlavə edək ki, V.Putin and içdikdən sonra indiki Rusiya hökuməti də istefa verəcək.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.