Gürcüstan Prezidenti “xarici agentlər” haqqında qanuna veto qoydu – PARLAMENT NƏ QƏRAR VERƏCƏK?
YENİLƏNİB


“Gürcü Arzusu” partiyasının çoxluq təşkil etdiyi Gürcüstan parlamenti ölkə Prezidenti Salome Zurabişvilinin mayın 18-də xarici agentlərlə bağlı qanun layihəsinə qoyduğu vetonu dəf edə bilər.

 

Bu barədə “Civil Georgia” məlumat yayıb.

 

Məqalədə qeyd edilib ki, vetonun götürülməsi üçün “Gürcü arzusu”nun malik olduğu sadə səs çoxluğu tələb olunur. Eyni zamanda, parlament üzvləri iyunun 28-də tətilə gedəcəklər: “İndi əsas sual ondan ibarətdir ki, “Gürcü arzusu” vetonu ləğv etmək qərarına gələcək, yoxsa qanunun qəbulunu sentyabr ayına qədər təxirə salacaq”, - nəşr yazıb.


**19:55


Gürcüstan Prezidenti Salome Zurabişvili “xarici agentlər” haqqında qanuna veto qoyub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o bu barədə keçirdiyi brifinqdə deyib.

 

"Bu gün mən Konstitusiyamıza zidd olan, bütün Avropa standartlarına zidd olan və beləliklə, Avropa yolunda maneə olan "Rusiya Qanununa" veto qoydum. Bu veto qanuni cəhətdən tam əsaslandırılıb və bu gün parlamentə göndəriləcək", - deyə Prezident vurğulayıb.

 

Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü oxunuşda qəbul edib. Qanun gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutur.

 

Ekspertlərin fikrincə, bundan sonra ölkədə gərginlik daha da artacaq. Və bu dəfə əsasən hakim partiyanın tərəfdarları meydanlara çıxacaqlar.

 

**09:28



Gürcüstan Prezidenti Salome Zurabişvili veto zamanı parlamentin qəbul etdiyi formada "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə dəyişiklik etməyəcəyini bildirib.

 

Bu barədə S.Zurabişvili Polşanın “TVP World” telekanalına müsahibəsində jurnalistin veto proseduru zamanı parlamentə Prezident tərəfindən qanunun variantını təklif etməklə əldə edilə biləcək kompromisin olub-olmaması ilə bağlı sualına cavabında deyib.

 

“Qanun layihəsinə düzəliş edilə bilməz, heç bir kiçik düzəliş yoxdur ki, birdən-birə anti-Avropa olan bu qanunu bizi Avropaya yaxınlaşdıracaq formada dəyişsin”, - Zurabişvili vurğulayıb.

 

Zurabişvilinin sözlərinə görə, hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının Qanunu müstəqil və Prezidentin vetosu olmadan dəyişdirmək imkanı var.

 

"Onu geri çağıra, dayandıra, özləri dəyişdirə bilərlər", - Zurabişvili əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.