Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsddə şübhəli bilinən yazıçı Yuray Tsintula məhkəmədə günahını etiraf edib.
Bu barədə RTVS xəbər portalı məlumat yayıb.
Bildirilib ki, prokurorluğun təqsirləndirilən şəxsin həbsi ilə bağlı vəsatətinə baxan məhkəmə iclasında 71 yaşlı Y.Tsintula günahını etiraf edib.
Qeyd edilib ki, işə Slovakiyanın qərbindəki Pezinok şəhərinin xüsusi cinayət məhkəməsi baxır.