Rusiyanın paytaxtı Moskvada yerləşən "Bolşoy Teatr"da tamaşa zamanı binanın həyəcan siqnalı işə düşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, nəticədə 1 500-ə yaxın insan binanı təcili tərk etmək məcburiyyətində qalıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər tüstü və yanğın aşkar etməyiblər. Qısa araşdırmadan sonra məlum olub ki, yalançı həyəcan təbili işə düşüb.
Hadisə zamanı xəsarət alan olmayıb.