Yaxın Şərqdə sülhə gedən yeganə yol - İsrail və Fələstini dövlətinin yaradılmasından keçir.
Bu barədə BMT-nin Baş katibi Antonio Quterreş “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Qəzzadakı müharibə - açıq yaradır. Zorakılıq və qeyri-sabitlik dövrünə son qoymağın yeganə yolu İsrail və Fələstinin sülh və təhlükəsizlik şəraitində yanaşı mövcud olduğu, Yerusəlimin hər iki dövlətin paytaxtı olduğu iki dövlət yaratmaqdır”, - paylaşımda qeyd edilib.(“Report”)