LUKAŞENKONUN AZƏRBAYCAN SƏFƏRİNƏ “ƏSAS RƏQİBİNDƏN” İSTERİK YANAŞMA... Yaxud Svetlana Tixanovskayanı və Qərbdəki havadarlarını narahat edən nədir?
ELÇİN ALIOĞLUNUN YAZISI

Siyasətçi, xüsusilə də dövlət başçısı postuna iddialı olan şəxs elementar etika, siyasi mədəniyyət və davranış kodeksinin nə olduğunu bilməlidir.

 

"Siyasət çirkin işdir" ifadəsi sırf atavizm və məntiqsizlik olsa da, çirkin xitslətli insanların siyasətlə məşğul olmaq cəhdlərinə heç bi halda haqq qazandırmır.

 

Qazandıra da bilməz, çünki cəmiyyətdəki etik davranış modeli peşəsindən və mövqeyindən asılı olmayaraq, güzəştlər və hansısa imtiyazlar olmadan hər kəsə şamil edilir.

 

Özünü "Belarusun sürgündə olan qanuni prezidenti" adlandıran və "Belarusun birləşmiş müxalifətinin lideri" kimi qələmə verən 42 yaşlı Svetlana Tixanovskayanı əvvəllər marionet fiqur, Qərbin Belarusa təzyiq vasitələrindən biri sayanlar indi həmin qadını siyasi etika və mədəniyyətdən uzaq insan hesab edirlər.

 

Belarus müxalifətçiləri isə artıq aşkar şəkildə bildirirlər ki, S. Tixonovskaya inanmaqda bəlkə də həyatlarının ən ciddi səhvinə yol veriblər.

 

Məsələn, Nobel mükafatı laueratı, dünyaca məşhur belarus yazıçı Svetlana Aleksieviçin fikrincə, S.Tixonovskaya nə Belarusun "sürgündə olan qanuni prezidenti", nə də "birləşmiş müxalifətin lideri" deyil, ola da bilməz: "Bəli, etiraf etmək gərəkdir ki, bir zamanlar Belarus müxalifəti onu dəyişikliklərin simvolu hesab edirdi. Amma indi artıq yetər: ölkə müxalifətinə gerçək, ağıllı, təcrübəli lider gərəkdir. Uzun illərdir Belarus müxalifətinin belə liderə ehtiyacı var".

 

Belarus Prezidenti Aleksandr Lukaşenkonun dünən Azərbaycana başa çatmış səfəri Svetlana Tixanovskayanı və onun sahiblərini çılğına döndərib.

 

Siyasətdə tam diletant olan S.Tixanovskayanın isterikası o həddə çatıb ki, o, sosial şəbəkədə tamamilə məntiqsiz, absurd paylaşım edib.

 

"Taleyin ironiyasına bax ki, Belarus diktatoru KTMT-də formal müttəfiqi olan Ermənistanın mövqelərini növbəti dəfə zəiflədir, Azərbaycana yardım məqsədilə Qarabağa yollanır. Bu, Rusiyanın "hərbi ittifaq"larının zəifliyini və Lukaşenkonun ikiüzlü davranışını nümayiş etdirir", - S.Tixonovskaya yazıb.

 

Onun paylaşımını olduğu kimi təqdim etməkdə məqsədimiz on minlərlə belarusun hələ də "müxalifət lideri" hesab etdikləri qadının nə qədər cılız düşüncəyə, siyasi bisavadlığa məruz qalmış şəxs olduğunu göstərməkdir.

 

A.Lukaşenkonun səfərini "Ermənistanın mövqelərini zəiflətmək" kimi qələmə vermək ümumiyyətlə, hansı məntiqə sığır? Belarusun diplomatiyasının və dövlətlərarası əlaqələr strategiyasının Ermənistanın durumuna nə təsiri var?

 

Suallar cavabsızdır, lakin S.Tixonovskayanın paradoksal şüuruna görə, cavab var.

 

Sən demə, A.Lukaşenko "diktator"dur: halbuki özünü demokrat və Qərb siyasətçisi kanonlarına tam cavab verən fiqur hesab edən Svetlana Tixanovskayanın özü diktaturaya meyilli adi marionetdir.

 

S.Tixanovskayanın kimliyinə ekspozitiv nəzər salaq.

 

42 yaşlı S.Tixanovskaya ixtisasca filoloqdur, 2020-ci ildə "siyasətə atılana" qədər heç zaman siyasətlə məçşğul olmayıb, xeyriyyə qurumlarında və qeyri-hökumət təşkilatlarında çalışıb.

 

Hər şey 2020-ci ildə başlayıb. Svetlana Tixanovskayanın əri, bloqer və media fiquru Sergey Tixanovskiy həmin il Belarusda keçiriləcək prezident seçkilərinə qatılmaq fikrinə düşüb. Ancaq Belarusun Mərkəzi Seçki Komissiyası bloqerin təqdim etdiyiy sənədlərdəki çatışmazlıqları aşkarlayaraq onun namizədliyini qeydə almayanda Svetlana ərini əvəzləməyə qərar verdi.

 

Daha doğrusu, Belarusda bilərəkdən yayılan mif belədir. Reallıqsa odur ki, ABŞ və Avropa İttifaqı dağınıq, rəhbərləri cəmiyyətdə nüfuzunu itirmiş, normal fəaliyyəti bacarmayan Belarus müxalifətinin yarıtmazlığından dolayı, sosial şəbəkələrdə ərinin sayəsində tanınan Svetlana Tixanovskayanı "xarizmatik və yeni sima" kimi cəmiyyətə təqdim etməyə hesablanmış ssenarini reallaşdırmağa başladı.

 

2020-ci il mayın 15-də Svetlana Tixanovskayanın namizədliyinin qeydə alınması üçün çox qısa müddətdə yaradılmış "təşəbbüs qrupu" sənədləri Belarus MSK-ya verdi.

 

İyulun 14-də onun namizədliyi qeydə alındı.

 

Avqustun 10-da Belarus MSK-sı prezident seçkilərinin nəticələrini açıqladı. Aleksandr Lukaşenko səslərin 80,1 faizini, Svetlana Tixanovskaya isə 10,1 faizi toplamışdı.

 

Bundan sonra bilavasitə Qərbin rəhbərliyi, təşkilatçılığı və maliyyəsi ilə Belarusda genişmiqyaslı etiraz aksiyaları başlandı, onlar az sonra kutləvi iğtişaşlara çevrildi.

 

Rəsmi Minsk kollektiv Qərbin planlarını pozaraq ssenarisini alt-üst etdi və aksiyalar dayandırıldı.

 

Svetlana Tixanovskaya avqustun 11-də Belarusu tərk edərək Litvaya yollandı.

 

O, indi də Litvada yaşayır.

 

Özünü "qanuni prezident" adlandıran bu marionet siyasi fiqur ona inanan belarusları aşağılamaqdan da çəkinmir.

 

Belə ki, müsahibələrindən birində S.Tixanovskaya deyib: "Belaruslar demokratiya uğrunda mübarizəyə hazır deyillər. Onların dəqiq fəaliyyət planı yoxdur. Belə şəraitdə mübarizə və siyasi fəaliyyət aparmaq mümkün deyil".

 

Yəni ABŞ və Avropa İttifaqının vasitə qisminldə istifadə etdiyi S.Tixanovskaya üzləşdiyi fiaskoda özünü, daha doğrusu, intellektual yoxsulluğunu, siyasət barədə yalnız primitiv bilgilərə malik olmasını, bacarıqsızlığını və ümumiyyətlə, hansısa xarizmadan məhrumluğunu yox, Belarus vətəndaşlarını suçlayır.

 

Onun fikrincə, "adi belaruslar hələ demokratiyaya hazır deyil".

 

Bu ifadələr birmənalı olaraq xalqı və milləti aşağılamaqdır.

 

Kollektiv Qərbin eynən Azərbaycanda olduğu kimi, Belarusda da uğursuz və bivec stavkası olan S.Tixanovskayanı Belarus prezidentinin Azərbaycana səfərində çılğına döndərən, təbdən çıxaran məqam Qarabağ bölgəsinini bərpasında və rekonstruksiyasında, infrastruktur layihələrin həyata keçirilməsində Minskin Bakıya dəstək verməyə hazır olmasını bəyan etməsidir.

 

Yəni Belarus prezidenti Aleksandr Lukaşenko KTMT-də müttəfiqi olan Ermənistanın 30 illik işğal zamanı məhv etdiyi, yer üzündən sildiyi şəhərləri və kəndləri bərpa etməkdə Azərbaycana köməklik vəd edib.

 

Ermənistana zirehli texnika adı ilə yararsız konserv bankaları verən və erməni ordusunu silahlandıran Fransadan fərqli olaraq Belarus erməni işğalından azad edilmiş Azərbaycan ərazilərindəki nəhəng miqyaslı inşaat və aqrar sahələrindəki işlərə töhvəsini verməyə hazırdır.

 

Göründüyü kimi, Azərbaycan və bizə dost, tərəfdaş, müttəfiq ölkələr Qarabağ münaqişəsinin ağır fəsadlarını aradan qaldırmağa çalışır.

 

Svetlana Tixanovskaya və onun Qərbdəki sahibləri isə hələ də 2019-cu ildə qalaraq olmayan Qarabağ münaqişəsi ritorikasını davam etdirməyə çalışırlar.

 

Savadsız, bilik və bacarsıqsız, beynəlxalq siyasətdən heç nə anlamayan, tam diletant və isterikaya meyilli insanı siyasətə sürükləyəndə nəticə belə olur.

 

Kollektiv Qərb Azərbaycanda özünü demokratiya və insan haqları uğrunda mübariz kimi göstərdiyi siyasət biveclərini dəstəklədiyi kimi, Belarusdakı daxili siyasi vəziyyəti də Svetlana Tixanovskaya kimi psevdoliberal idiotlarla dəyişməyə çalışır.

 

Ermənistana gəldikdə isə - Svetlana Tixanovskaya kimi luzerlərin yazdıqları marazmı paylaşaraq həzz alırlarsa, deməli, bu ölkənin və erməni cəmiyyətinin normal dövlətlə sosiuma çevrilməsi çox vaxt alacaq.

 

Əfsuslar olsun ki, belədir.

 

Və təəccüblü heç nə yoxdur. Svetlana Tixanovskayanın əri Sergey hələ 2020-ci ildən əvvəl Ukraynada "arzuolunmaz şəxs" elan edilmişdi, çünki o, Ukraynanın sərhəd toxunulmazlığını, ərazi bütövlüyünü və suverenliyi sürəkli ələ salmaqla, aşağılamaqla məşğuldu.

 

Bu ailə görəsən, beynəlxalq hüququn nə olduğundan xəbərdardır, yoxsa bilərəkdən absurd bəyanatlar verməklə sifariş yerinə yetirirlər?

 

İstənilən halda Svetlana Tixanovskayanın açıqlaması sadəcə, onun mövqeyidir.

 

Bisavad, qərəzli, bacarıqsız və perspektivsiz bir siyasi marionetin.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.