Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır - SƏNƏDLƏR TƏQDİM OLUNACAQ

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq.


Bu barədə Komissiyanın üzvü, Mətbuat Şurasının sədri Rəşad Məcid məlumat verib.


O bildirib ki, Komissiyanın bu il indiyədək 5 iclası keçirilib: "Növbəti iclas isə mayın 22-nə təyin olunub. Həmin iclasdan sonra daha bir toplantının da keçirilməsinə ehtiyac ola bilər".


R.Məcid qeyd edib ki, ötən müddətdə Komissiyaya ümumilikdə 5 minə yaxın müraciət daxil olub: "Qaydalara uyğun olan müraciətlərin sayı isə təxminən 500-ə yaxın idi. Hər iclasda təxminən 100 müraciətə baxılır, səsvermədən sonra qərar qəbul olunur".


Onun sözlərinə görə, əfv müraciətlərinin sırasında ağır cinayətlərdən tutmuş, ehtiyatsızlıqdan törədilən cinayətlərə qədər var: "Bütün müraciətlərə, o cümlədən əcnəbilərin və qadınların əfv üçün müraciətlərinə baxılır, hər biri ətrafında geniş müzakirələr aparılır".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.