Məhkəmə general Natiq Əliyevin qızı ilə bağlı QƏRAR VERDİ

Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevanın barəsində qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılıb.

 

Senzor.az bildirir ki, Əliyeva Türkər Natiq qızı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt şəhər Prokurorluğu tərəfindən məhkəməyə daxil olmuş təqdimat üzrə qərar elan edilib.

 

Sumqayıt Şəhər Məhkəməsinin qərarına görə, Türkər Əliyeva barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunub və 4 ay müddətinə ev dustaqlığı tədbiri seçilib.

 

Bunun üçün əsaslar müəyyən edilib.

 

Türkər Əliyevanın himayəsində 3 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağının olması, onları təkbaşına böyütməsi, vurulmuş ziyanın müəyyən hissəsinin geri qaytarılması, daimi yaşayış yerinin olması, istintaq orqanından yayınmaması və yayınmaq niyyətini təsdiq edəcək heç bir sübutun məhkəməyə təqdim olunmaması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması qərarda göstərilib.

 

İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdən külli miqdarda pul alıb. O, vətəndaş şikayəti əsasında prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

 

Qeyd edək ki, Türkər Əliyeva Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun, sonradan isə nazirliyin Tibb xidmətinin rəisi işləmiş general-mayor Natiq Əliyevin qızıdır.

 

General qızı bir müddətdir müxtəlif qalmaqallarla medianın gündəmindədir.

 

Bu yaxınlarda o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində idarə rəisi və bir əməkdaşın ona qarşı qanunsuzluq və təhqirlərə yol verdiyini iddia etmişdi. Sonradan həmin idarə rəisi vəzifəsindən azad edilib.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.