
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
Senzor.az bildirir ki, tərəflər Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığı, ikitərəfli əməkdaşlığı, regionda və dünyada baş verən prosesləri müzakirə ediblər.
Gürcüstan Prezidenti strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsinə hazır olduğunu təsdiqləyib və Türkiyə Prezidentini Gürcüstana dəvət edib.
Regional məsələlər müzakirə edilərkən Cənubi Qafqazda davamlı sülhün möhkəmləndirilməsinin vacibliyinə diqqət yetirilib.
Görüşdə ticarət-iqtisadi əlaqələrə, nəqliyyat və enerji bağlantısı məsələlərinə, Orta Dəhlizin inkişafına və Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətinə xüsusi diqqət yetirilib.