II Qareginin qardaşına və qardaşı oğluna həbs cəzası verildi
MƏHKƏMƏ QƏRARI

Ermənistan məhkəməsi bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevork Nersisyana 3 il şərti həbs cəzası verib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, II Qareginin qardaşı oğlu Ambartsum Nersisyan isə 3 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Amma cəzanın icrası təxirə salınıb. Onun bir yaşlı qızının 6 yaşına çatmasına qədər sınaq müddəti müəyyən edilib.

 

Gevork Nersisyan və oğlu Ambartsum Nersisyan 2025-ci il noyabrın 3-də həbs edilib.

 

İstintaqın məlumatına görə, noyabrın 1-də onlar Vağarşapat rayonunun Voskeat kəndində təşviqat materialları yayan “Respublika” partiyasının nümayəndəsi Arutyun Mkrtçyanla münaqişəyə girib və onu təhqir ediblər.

 

2026-cı ilin fevralında təqsirləndirilən şəxslər ev dustaqlığına keçirilib, may ayında isə barələrində inzibati nəzarət tədbiri tətbiq olunub.

 

Erməni Apostol Kilsəsinin rəhbərinin qohumlarının həbsi hakimiyyətlə kilsə arasında qarşıdurmanın kəskinləşdiyi dövrə təsadüf edib.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.