
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi (1985–1991), SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov ölüb.
Bu barədə TASS xəbər yayıb.
Qorbaçov 92 yaşında vəfat edib.
"Mixail Sergeyeviç Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında vəfat edib", - deyə Rusiya Mərkəzi Klinik Xəstəxanasından bildirilib.