Xankəndini etirazlar bürüdü
İNDİ NƏ İSTƏYİRLƏR?

Ötən gün Xankəndidə ermənilər aksiya keçiriblər.

 

Senzor.az “Kavkazskiy uzel”ə istinadən bildirir ki, onlar separatçı rejimin rəhbərindən qondarma “maliyyə”, “təhlükəsizlik şurası” və “nazirlər kabineti” rəhbərlərinin istefaya göndərilməsini tələb ediblər.

 

Nümayişdə mindən çox şəxsin iştirak etdiyi qeyd olunur.

 

Nəşr xatırladır ki, Laçın dəhlizinin indi Azərbaycanın nəzarətində olmasından narazı olan separatçılar avqustun 29-da Araik Arutunyan ilə görüşdən sonra Xankəndində mitinq keçiriblər. Özünü qondarma "parlament"in "spikeri" adlandıran Artur Tovmasyan aksiya iştirakçıları ilə görüşdə onların suallarını cavablandırmayıb. Onlar isə öz tələbləri yerinə yetirilməyənə qədər mitinq keçirəcəklərini vəd ediblər.

 

Yerli sakinlərdən biri bildirib ki, A.Arutunyanın “iqamətgahının” mühafizəsi gücləndirilib. O hesab edir ki, guya təxribatlar ola bilər.

 

Aksiyanın digər iştirakçısı isə deyib ki, iki yol var – ya xalqı qovmaq, ya da onun tələblərini qəbul etmək.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.