Milyarder Ruben Vardanyanın gizli İstanbul görüşləri - QARABAĞA KÖÇMƏMİŞDƏN ƏVVƏL
VİDEO, FOTO

Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan hay-küylə Qarabağa köçməzdən iki həftə əvvəl Türkiyədə olubmuş.

 

“Vestnik Kavkaza” öz mənbələrinə istinadən xəbər verir ki, Ruben Vardanyan Türkiyədə bir qrup türk iş adamı ilə görüşüb. “Ferie” restoranında (Bosforda yerləşir – red.) qapalı görüşdə Ruben Vardanyan Türkiyəyə xüsusi münasibətini etiraf edib və bu ölkədə biznes qurmaq arzusunu bildirib.

 

Bundan sonra Ruben Vardanyan üsyankarcasına Rusiya vətəndaşlığından imtina edərək, Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə köçdüyünü və Qarabağın inkişafı üçün çalışacağını bəyan edib.

 

Haqqin.az artıq Ruben Vardanyanın böyük sərvət qazandığı biznesin qaranlıq tərəflərindən yazıb. Maraqlıdır ki, çoxsaylı fırıldaqlara və çirkli pulların yuyulmasına baxmayaraq, Vardanyan möcüzəvi şəkildə Qərbin sanksiyalarından yayına bilib.

 

Məlum olduğu kimi, bu gün Rusiya oliqarxlarına qarşı Qərbin sanksiyalarının tətbiqində Ukrayna fəal rol oynayır. Məlumata görə, Kiyevdə Vardanyana yaxın adamlar artıq ona Qərbin sanksiyaları təhlükəsi barədə xəbərdarlıq ediblər: “Vardanyanın Rusiya vətəndaşlığından təcili imtina etməsi, Türkiyədə biznes əlaqələri qurmaq cəhdləri və Qarabağa köçməsi məhz bununla bağlıdır”.

 

Senzor.az

[media=https://www.youtube.com/watch?v=21kwEMFPm-U]








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.