Ərdoğan Yunanıstana xəbərdarlıq etdi: İzmiri unutma...
“BİR GECƏ QƏFİL GƏLƏ BİLƏRİK”

“TEKNOFEST” 107 fərqli ölkədən 600 min gəncimizin yarışdığı festivala çevrilib. Tədbirin gənclərimiz tərəfindən mənimsənilməsi, doğrudan da zehni inqilabdır. “Fikrim var” deyən gənclərin xaricə getməyi düşünməsi deyil, başqa ölkələrdən gənclərin ölkəmizə axışdığı bir texnologiya mühiti qurmalıyıq.

 

Senzor.az bildirir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Samsun vilayətində keçirilən “TEKNOFEST 2022”də çıxışı zamanı bildirib.

 

Bu gəncliyin cümhuriyyətin bütün tarixi boyu həmişə demokratiyanın, tərəqqinin tərəfində olaraq ölkəsinin inkişafına böyük töhfə verdiyini diqqətə çatdıran Türkiyə Prezidenti 20 illik hakimiyyəti dövründə də yanlarında olan ən böyük gücün və mənəviyyat mənbəyinin məhz gənclər olduğunu qeyd edib.

 

Prezident Ərdoğan deyib: “Dünən bizə müdafiə sənayesi texnologiyası məhsullarını maddi gəlir qarşılığında verməyən ölkələrə indi biz öz məhsullarımızı ixrac edirik. Bütün dünyada texnoloji nailiyyətlərin öndə gedəni müdafiə sənayesidir. Ölkəmiz pilotsuz uçuş aparatları, müdafiə sənayesi ilə yanaşı logistikadan kənd təsərrüfatına qədər bir çox sahə üzrə öz yerini tutmağa başlayıb. Bu gün müdafiə sənayesi üzrə tələbatımızın 80 faizini yerli və milli imkanlarla təmin edirik”. 

Türkiyə lideri çıxışında Yunanıstana xəbərdarlıq da edib: “Ey yunan, tarixə bax, tarixə qayıt, çox irəli getsən, bədəli ağır olacaq. Yunanıstana deyəcək bir cümləmiz var: İzmiri unutma! Adaları işğal etməyiniz bizi saxlamaz. Vaxtı gələndə lazım olanı edəcəyik. Bir gecə qəfil gələ bilərik”.


Bununla Türkiyə lideri 100 il əvvəl Mustafa Kamal Atatürkün komandanlığı altındakı ordu tərəfindən yunan qoşunlarının işğal olunmuş Anadolu torpaqlarından, o cümlədən İzmirdən çıxarıldığı qələbəni xatırladıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.