Armen Qriqoryan Azərbaycandan üzr istədi
ERMƏNİ MƏNBƏLƏRİ

Xəbər verdiyimiz kimi, bu yaxınlarda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Xankəndi şəhərinə qanunsuz səfər edib.

 

Senzor.az xatırladır ki, Qriqoryanın özü əvvəlcə Rusiya sülhməramlılarının məsuliyyət zonasına gəlməsini separatçı qurumun elan edilməsinin növbəti ildönümünə həsr olunmuş bayram tədbirlərində iştirak etməsi ilə izah etmişdi.

 

“Sentyabrın 2-də mən Stepanakertin (Xankəndi - red.) qardaşlıq memorial-panteonunu ziyarət etdim və Artsax müharibələri (birinci və ikinci Qarabağ müharibələri - red.) zamanı həlak olmuş qəhrəmanların abidəsinin postamenti önünə gül dəstələri qoydum”, deyə o, Facebook-da şəklini yerləşdirərək yazmışdı. 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qriqoryanın qanunsuz səfərinə dərhal və sərt etirazını bildirmişdi.

 

 “Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilən növbəti görüşündən dərhal sonra Ermənistan rəsmisinin məqsədyönlü şəkildə atdığı bu qanunsuz addım görüş zamanı əldə olunmuş razılaşmalara kölgə salmaqla yanaşı, Ermənistan tərəfinin normallaşma prosesində iştirakının qeyri-səmimiliyi də açıq şəkildə nümayiş etdirir. Beynəlxalq sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan istənilən addımlara cavab veriləcək”, - XİN-in yaydığı məlumatda deyilirdi.

 

Ermənistanın “168.am” xəbər saytının yaydığı məlumata görə, Armen Qriqoryan Azərbaycanın sərt reaksiyasından sonra təşvişə düşüb. O, hətta daxili kanallar vasitəsilə Azərbaycan tərəfindən üzr istəyib.

 

O, əslən Qarabağdan olduğunu, Xankəndiyə səfərinin siyasi məqsəd daşımadığını söyləyib. Bundan əlavə, Qriqoryan Qarabağda ata evini, eyni zamanda atasının məzarını ziyarət etdiyini vurğulayıb.

 

Nəşrin yazdığına görə, Armen Qriqoryanın sözlərinin doğruluğunu belə yüksək rütbəli dövlət məmurunun təhlükəli post-konflikt zonasına müşayiətsiz gəlməsi də təsdiqləyir.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.