Rusiya BMT qərargahının ABŞ-dan köçürülməsini tələb edir - ONA DƏSTƏK VERƏNLƏR DƏ VAR

BMT-nin mənzil-qərargahının Nyu-Yorkdan köçürülməsi məsələsi müzakirə olunur.

 

Senzor.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi (XİN) Xarici Siyasət Planlaması Departamentinin direktoru Aleksey Drobinin “Beynəlxalq Əlaqələr” jurnalına açıqlamasında deyib.


Onun sözlərinə görə, BMT-nin Nyu-Yorkda keçirilən iclaslarında təkcə Rusiya deyil, həm də digər səbəblərdən ABŞ-ın etirazına səbəb olmuş ölkələr də iştirak edə bilmir.

 

"Bu ölkələrin sayı artır və artmaqda davam edəcək”, - Drobinin vurğulayıb.

 

Rusiya XİN rəsmisi xatırladıb ki, BMT-nin mənzil-qərargahının Nyu-Yorkda yerləşməsi qərara alınarkən Birləşmiş Ştatlar BMT Katibliyi ilə razılaşma əldə edib. Drobinin fikrincə, ABŞ bu sazişin müddəalarına əməl etmir. 

 

2019-cu ildə ABŞ Rusiya nümayəndə heyətinin bütün üzvlərini BMT Baş Assambleyasına buraxmayıb. Kreml Vaşinqtonu beynəlxalq öhdəlikləri pozmaqda ittiham edib, Dövlət Duması isə BMT-nin baş qərargahının ABŞ-dan köçürülməsinə çağırıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.