
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass hakim Mühafizəkarlar Partiyasının sədri və ölkənin yeni Baş naziri seçilib.
Məlumatı BBC yayıb.
Bildirilir ki, sentyabrın 5-də Mühafizəkarlar Partiyasına yeni lider seçkisi keçirilib. Siyasi təşkilatın sədri vəzifəsi uğrunda Liz Trass və paytaxt Londonun meri Rişi Sunak mübarizə aparıblar.
Səsvermənin altıncı turunda L.Trass Mühafizəkarlar Partiyasının 81 326 üzvünün dəstəyini qazanıb. Onun rəqibi R.Sunak 60 min 399 səs toplayıb.
L.Truss Mühafizəkarlar Partiyasının lideri və Baş nazir vəzifəsində Boris Consonu əvəz edəcək.
B.Conson yaxın vaxtlarda Böyük Britaniya Kraliçası II Elizabetə hökumət başçısı vəzifəsindən istefa verməsi barədə hesabat verməli və L.Trassı xələfi kimi təqdim etməlidir.
L.Trass Kraliça ilə görüşdən sonra rəsmi olaraq Baş nazir olacaq.
Qeyd edək ki, L.Trassın 47 yaşı var. 11 ay xarici işlər naziri olmaqla, üç Baş nazirin hökumətində altı nazir vəzifəsində çalışıb.
L.Trassın dövründə Britaniya Xarici İşlər Nazirliyi Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq edib. O, Rusiyanın Ukraynaya təcavüzündə Kiyevi ən qəti dəstəkləyən, Rusiya Prezidenti Vladimir Putinə qarşı daha sərt davranmağa çağıran siyasətçilərdən biridir. Onun yeni “Dəmir Ledi” olmaq istədiyi güman edilir.
L.Trass Birləşmiş Krallığın Kraliçası II Elizabetin dövründə vəzifə başına keçən 15-ci Baş nazirdir. Qadın siyasətçi həmçinin ölkə tarixinin 78-ci hökumət başçısı, Marqaret Tetçer, Tereza Meydən (hər iki Mühafizəkarlar Partiyasının sədri olub) sonra 3-cü qadın Baş nazirdir.
**09:34

Bu gün Britaniya vaxtı ilə saat 12:30 radələrində yeni Baş nazirin adı açıqlanacaq.
Senzor.az xatırladır ki, bu vəzifəni ya hazırkı xarici işlər naziri Liz Trass, ya da keçmiş maliyyə naziri Rişi tutacaq.
Qalib Mühafizəkarlar partiyasının üzvləri arasında keçirilən səsvermə yolu ilə müəyyən edilir.
Partiyanın üzvləri Böyük Britaniya əhalisinin 1%-dən azını təşkil edir.
Boris Consonun istefasının isə bir gün sonra, 6 sentyabrda Kraliça tərəfindən elan ediləcəyi gözlənilir.
96 yaşlı kraliça vəzifədən gedən Baş naziri Şotlandiyadakı qəsrində qəbul edəcək. O, yeni seçiləcək Baş naziri də burada qəbul edəcək.
Onu da xatırladaq ki, Kraliça Elizabetin 70 illik hakimiyyəti dövründə 14 baş nazir olub.