Ərdoğan: Qərb Ukrayna ilə bağlı yanlış mövqe tutur
“RUSİYANI CİDDİ QƏBUL ETMƏYƏNLƏRƏ İSƏ DEYİRƏM Kİ...”

Türkiyə Serbiya ilə əməkdaşlığın hərtərəfli inkişafının tərəfdarıdır. 

 

Senzor.az “Anadolu”ya istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Belqradda serbiyalı həmkarı Aleksandr Vuçiçlə birgə mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, Vuçiçlə danışıqlar zamanı regional məsələlər, o cümlədən Bosniya və Herseqovinadakı proseslər də müzakirə olunub.

 

Viza rejiminin sadələşdirilməsi və şəxsiyyət vəsiqələri əsasında qarşılıqlı səfərlərin başlanması barədə qərar qəbul edilib. “Serbiya Türkiyənin belə bir müqavilə imzaladığı altıncı ölkə olacaq”, - deyə Ərdoğan bildirib.

 

Dövlət başçısı qeyd edib ki,  Türkiyə Serbiya ilə ticarət dövriyyəsini ildə 5 milyard dollara çatdırmağa hazırdır.

 

Türkiyə lideri xatırladıb ki, 2021-ci ilin sonunda Serbiya ilə ticarət dövriyyəsi 33 faiz artaraq 2 milyard dollar həddinə yaxınlaşıb: “Son 10 ildə Serbiyaya yatırılan türk sərmayələrinin həcmi 1 milyon dollardan 400 milyon dollara yüksəlib, Balkan ölkəsindəki türk şirkətlərinin sayı isə 1300-ü keçib”.

 

Ərdoğan 2022-ci ildə Serbiyadan Türkiyəyə turist axınının ilk dəfə olaraq 300 mini keçəcəyinə ümid etdiyini bildirib.

 

Türkiyə Prezidenti Serbiya ilə Kosovo arasında münasibətlərin gərginləşməsi mövzusuna da toxunub: “Gərginliyin son mərhələsi arxada qaldı. Ümid edirəm ki, bu müsbət atmosfer davam edəcək. Eskalasiya Balkan regionu xalqlarının maraqlarına cavab vermir”.

Qərbin Ukrayna ilə bağlı mövqeyi yanlışdır


Türkiyə dövlətinin başçısı Ukraynadakı vəziyyətə də münasibət bildirib.

 

“Türkiyə Ukrayna və Rusiyaya qarşı balanslaşdırılmış siyasət aparır və bundan sonra da belə olacaq. Ankara Ukraynada tezliklə atəşkəsin tərəfdarıdır. Lakin hazırkı proseslər müharibənin tezliklə bitməyəcəyindən xəbər verir”, - Türkiyə lideri bildirib.

 

“Rusiyanı ciddi qəbul etməyənlərə isə deyə bilərəm ki, siz səhv edirsiniz. Rusiya belələrinin sırasına daxil deyil”, - deyə R.T.Ərdoğan vurğulayıb. 

 

Türkiyə Prezidenti qeyd edib ki, o, Qərbin Ukraynadakı vəziyyətlə bağlı yanaşması ilə razı deyil.

 

“Mən Rusiya Federasiyası və  Ukrayna arasında müharibə ilə bağlı Qərbin mövqeyinin yanlışlığını açıq şəkildə bəyan edirəm. Çünki Qərbin tərəflərə təxribata əsaslanan hərəkətləri göz qabağındadır. Hərbi dəstək verdiklərini bəyan edirlər. Lakin faktiki olaraq Qərbdə nə qədər köhnəlmiş silah və metal qırıntıları var, Ukraynaya göndərilir”, - Prezident bildirib.

 

Ərdoğan qeyd edib ki, nə qədər ki, düşmənçilik törətmək siyasəti var, sülh təşəbbüslərinin effektivliyi minimaldır.

 

“Hazırda bir tərəfin qalib gəldiyini deyə bilərsinizmi? Yox! Bu müharibənin qalibi yoxdur, amma itirənləri çoxdur. Çoxlu sayda insan həlak olur, maliyyə tərəfi haqda danışmaq isə yersizdir”, - Türkiyə lideri vurğulayıb.

 

Türkiyə lideri Qərb ölkələrinə qaz nəqlini kəsən Moskvanın reaksiyasına da diqqət çəkib. “Rusiya qaz tədarükünü kəsdi və Avropada qiymətlər kəskin şəkildə qalxdı. İndi hər yerdə (Avropa ölkələrində) qış fəslindən çıxmağın yollarını axtarırlar. Niyə əvvəllər bu barədə düşünmədiniz? Axı Rusiyanın əlində mühüm resurs var. Bunun əvəzinə indi qaz anbarlarının ehtiyatlarını təhlil edirlər...”, - deyə Ərdoğan bildirib.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.