
Ermənistan, Azərbaycan liderləri və Avropa Şurası sədrinin Brüsseldə keçirilən üçtərəfli görüşündə ən mühüm məsələlər üzrə ortaq mövqe müəyyən etmək mümkün olmadı.
Senzor.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan cümə axşamı Vladivostokda erməni icması ilə görüşdə deyib.
“Deməliyəm ki, həmin görüşdə biz ən mühüm və ya ən narahatedici məsələlər, xüsusən də Dağlıq Qarabağ problemi ilə bağlı ortaq mövqelər müəyyənləşdirə bilmədik. Lakin digər tərəfdən, hər iki tərə - Azərbaycan və Ermənistan sülhə nail olmaq və onu bərqərar etmək istəklərini təsbit edirlər”, - Paşinyan bildirib.
"Azərbaycan hesab edir ki, Dağlıq Qarabağ problemi həll edilib və artıq müzakirə edəcək heç nə yoxdur. Bizim mövqeyimiz və aydındır ki, beynəlxalq ictimaiyyətin də mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşmür", deyə o, Rusiyanın mövqeyinə istinadən vurğulayıb.
Senzor.az