Ramiz Mehdiyevdən Rasim Məmmədovun ittihamlarına reaksiya - “HƏR KƏS ƏMƏLİNƏ GÖRƏ CAVAB VERƏCƏK”

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev “Baku Steel Company” şirkətinin (poladəritmə zavodu) Müşahidə Şurasının sədri, 1 il 8 aydır həbsdə olan Rasim Məmmədovun onun haqqında səsləndirdiyi müxtəlif ittihamlara cavab verib.

 

R. Mehdiyev “Unikal”a açıqlamasında deyib ki, bu məsələ barədə nəsə danışmaq istəmir: “Mənim ona sözüm yoxdur. Kim nə danışır, danışsın. Əsas odur ki, mən özüm yaxşı bilirəm ki, hərəkətim və mənəviyyatım nədən ibarətdir. Biz hüquqi dövlətdə yaşayırıq. Hər kəs törətdiyi əmələ görə cavab verəcək”.

 

Senzor.az xatırladır ki, “Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədov 55 milyon manatlıq mənimsəmə və israfetmə kimi əməllərdə suçlanır. Amma özü bu ittihamı qəbul etmir. Əksinə, zavod da daxil olmaqla, özü və qohumlarının çoxsaylı əmlaklarının əllərindən alındığını deyir.

 

Məsələn, o, sentyabrın 5-də keçirilən məhkəmə iclasında deyib: “İş adamıyam, öz pulumu qazanıb yemişəm. Hələ başqaları da gəlib qazancıma şərik olub. Mən dövlətə vəzifədəki məmurlardan daha çox xeyir vermişəm. 2011-ci ildə bu işə başlayanda üçlükdə oturub söhbət eləmişik. Hər şey qaydasında idi, hamı qazanırdı. Kimə lazım idi ortalığı qarışdırıb bu biabırçılığı yaratmaq?”.

 

“Gununsesi.info”nun yazdığına görə, onun dediklərindən məlum olub ki, 2011-ci ildə söhbət edən “üçlük” deyəndə özünü, Prezident Administrasiyasının ovaxtkı rəhbəri Ramiz Mehdiyevi və Prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovu nəzərdə tutur: “Deyir ki, üç adamın arasında olmuş söhbətləri açmaq istəməzdi, amma ona qarşı baş verənlərə görə buna məcburdur.

 

Elə vəkili də Mehdiyevin məhkəməyə çağırılıb şahid kimi dindirilməsi barədə vəsatət qaldırıb. Amma vəsatət təmin olunmayıb”.

 

“Qafqazinfo” isə xatırladıb ki, Rasim Məmmədovla Mehdiyevlər ailəsi biznes ortağı, əsasən “Baku Steel Company”də birgə pay sahibi olublar: “R.Məmmədov daha çox Ramiz Mehdiyevin yaxın adamı kimi tanınıb”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.