Amerikalılar və kürdlər Türkiyə ilə sərhəddə silaha sarılırlar – PLANLARI NƏDİR?
FOTO

Deyəsən, Türkiyə Suriyanın şimalında 30 kilometrlik təhlükəsizlik zonası yaratmaq üçün PKK/YPG terrorçularına qarşı hərbi əməliyyat planlarından ya imtina edib, ya da onu hələlik təxirə salıb.

 

Haqqin.az-ın icmalçısı İlkin Şəfiyev yazır ki, buna baxmayaraq, ABŞ bölgədə hərbi varlığını gücləndirir və “Suriya Demokratik Qüvvələri” təşkilatının kürd silahlıları ilə Türkiyə sərhədi yaxınlığında birgə təlimlər keçirir.

 

Suriyanın şimalından gələn xəbərlərə görə, ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı beynəlxalq koalisiya “Suriya Demokratik Qüvvələri”nin döyüş bölmələri ilə sərhəddəki Derik bölgəsində, Tegil-Begil kəndi yaxınlığında birgə hərbi təlimlər keçirib.

 

"Təlimdə ABŞ hərbçiləri və “Suriya Demokratik Qüvvələri”nin döyüşçüləri iştirak ediblər. Təlimə tank əleyhinə raketlər, zirehli texnika və ABŞ Hərbi Hava Qüvvələrinin kəşfiyyat təyyarələri cəlb olunub. Bu, regionda ilk birgə təlimdir”, - deyə Suriyadakı mənbələr bildiriblər. 

 

Oxşar məlumatı ABŞ-ın rəhbərlik etdiyi Beynəlxalq Koalisiya Qüvvələrinin Komandanlığı da dərc edib. 

İ.Şəfiyev vurğulayır ki, Derik bölgəsi Türkiyə ilə sərhəddən cəmi dörd kilometr aralıda yerləşir: “Agence France-Presse təlimlərdə Amerikanın “Javelin” tank əleyhinə raketlərindən istifadə edildiyini bildirir. Nəzərə alsaq ki, hazırda İŞİD terrorçularının nə tankları, nə də digər zirehli maşınları yoxdur, “Suriya Demokratik Qüvvələri”nin hərbi təlimlərinin həqiqətən də İŞİD fundamentalistlərinə qarşı yönəldiyini güman etmək çətindir.

 

Fransa xəbər agentliyinin yaydığı fotolardan görünür ki, təlimə “Bradley” zirehli döyüş maşınları (AFV) və ABŞ ordusunun MRAP zirehli personal daşıyıcıları cəlb olunub. Agence France-Presse, həmçinin ABŞ hərbi təlimatçılarının PKK/YPG döyüşçülərinə “Javelin” və AT4 tank əleyhinə raketlərdən necə istifadə etməyi öyrətdiklərini əks etdirən fotolar yayımlayıb”.

 

Məlum olduğu kimi, 2014-cü ildə İŞİD yaraqlılarına qarşı mübarizə məqsədilə yaradılan ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya dünyanın otuzdan çox ölkəsi tərəfindən hərbi personal və texnika ilə təmin edilir: 

“Koalisiya 2020-ci ildə İraqda əməliyyatların başa çatdığını elan etdikdən sonra onun əsas səyləri Suriya istiqamətinə yönəldilib. Bu missiya çərçivəsində ABŞ “Suriya Demokratik Qüvvələri”nin bölmələrinə hərbi və təlimat yardımı edir. Hazırda Suriyada 900-ə yaxın Amerika hərbçisi var və daha əvvəl xəbər verdiyimiz kimi, amerikalılar Türkiyə ilə həmsərhəd olan Kamışlı bölgəsində yeni hərbi baza yaradıblar.

 

Suriya İnsan Haqları Monitorinq Qrupunun məlumatına görə, dünən koalisiya 50 yük maşınından ibarət daha bir karvanı hərbi yardım və zirehli maşınlarla PKK/YPG yaraqlılarının nəzarətində olan rayonlara göndərib. Həmin karvanın artıq Suriyanın şimalında İraqla sərhəddəki Əl-Vəlid sərhəd keçid məntəqəsini keçdiyi bildirilir. 

 

Suriya monitorinq qrupu qeyd edir ki, bu, “Suriya Demokratik Qüvvələri” təşkilatından kürd yaraqlılarına göndərilən üçüncü “humanitar karvan”dır”.

 

Senzor.az







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.