Ermənistanda Azərbaycana casusluq edən daha bir zabitin məhkəməsi başlayır

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan kəşfiyyatı tərəfindən cəlb edilmiş Ermənistan Silahlı Qüvvələri zabitinin barəsində işi məhkəməyə göndərib.

 

Bu barədə Turan Agentliyi məlumat yayıb.

 

MTX-nın məlumatına görə, zabit ayda 500 dollar müqabilində hərbi xarakterli məlumatları Azərbaycana verib.

 

44 günlük müharibə zamanı bu zabit reaktiv sistemlər bölməsinə rəhbərlik edib. O, qarşıya qoyulan vəzifələri qəsdən pozaraq bilərəkdən hədəfdən yan atəş açıb.

 

Məlumatların ötürülməsi üçün ona xüsusi şifrələnmə proqramı olan telefon verilib. Təqsirləndirilən şəxs hərbi texnika, hərbi sursat, hərbi hissənin şəxsi heyəti, müharibə zamanı itkilər və s. barədə məlumatları qarşı tərəfə ötürə bilib.

 

O, 4000 dollara bölmənin döyüş hazırlığı planı, xəritələr və taktiki təlimatlar haqda məlumatlar toplayıb, lakin onları ötürə bilməyib, çünki həbs olunub.

 

İstintaq zamanı məlum olub ki, saxlanılan şəxs müharibə zamanı hərbi texnikaya qəsdən ziyan vurub. 

 

Ümumilikdə, qurumun məlumatına görə, təkcə 2022-ci ildə dövlətə xəyanət faktı üzrə icraat çərçivəsində 15 nəfər barəsində 8 iş məhkəməyə göndərilib. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.