Türkiyədəki atışmada yaralanan azərbaycanlıların adları açıqlandı - RƏSMİ
VİDEO, FOTO

İstanbulun Sarıyer rayonunda yerləşən “Vadi İstanbul” ticarət mərkəzində 11 sentyabr 2022-ci ildə axşam saat 20 radələrində naməlum qruplar arasında yaranmış silahlı münaqişədə dördü azərbaycanlı olmaqla 6 nəfər yaralanıb.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş konsulluğundan məlumat verilib.

 

Məlumata görə, hadisə nəticəsində Rakif Əliyev, Mahrec Kərimov, Azər Amanov və Qulam İbrahimov adlı azərbaycanlılar xəsarət alıblar.

 

“Yaralılar Seyrantepe Hamidiye Etfal Eğitim ve Araştırma Xəstəxanasında müalicə olunurlar. Hadisənin yaranma səbəbləri aidiyyəti polis şöbəsi tərəfindən araşdırılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”, - deyə Baş konsulluqdan bildirilib.

 

**01:24


Türkiyəin İstanbul şəhərində silahlı insident olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki,  Sarıyer rayonundakı kafelərdən birində iki qrup arasında əvvəlcə mübahisə yaranıb. Sonra mübahisə atışma ilə nəticələnib. 

 

Silahlı insident zamanı 4-ü Azərbaycan, 1-i İran vətəndaşı olmaqla 6 nəfər xəsarət alıb.

 

Hadisə yerinə xeyli sayda polis əməkdaşı və təcili tibbi yardım cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.