Azərbaycan lideri Fransa Prezidentinə də dedi: “BU TƏXRİBATLARA GÖRƏ MƏSULİYYƏT BİLAVASİTƏ ERMƏNİSTAN RƏHBƏRLİYİNİN ÜZƏRİNƏ DÜŞÜR”

Fransa Respublikasının Prezidenti Emmanuel Makron sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 

Senzor.az bildirir ki, telefon danışığı zamanı Fransa Prezidenti Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentlə əlaqədar narahatlığını ifadə edib.

 

Dövlətimizin başçısı bu genişmiqyaslı təxribatlara görə məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü və Azərbaycan tərəfindən cavab tədbirlərinin görüldüyünü diqqətə çatdırıb.

 

Həmçinin telefon danışığı əsnasında regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, sülh gündəliyinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

 

Dövlətimizin başçısı Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının gündəliyinə Ermənistanla Azərbaycan arasında sərhəddə yaranmış gərginlik məsələsinin çıxarılacağına toxunaraq, bu müstəvidə müzakirələrin obyektiv əsaslarla aparılmasının vacibliyini bir daha diqqətə çatdırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.