
Ermənistan rəhbərliyi itkilərlə bağlı yeni rəqəm açıqlayıb.
Senzor.az-ın məlumatın görə, baş nazir Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib ki, sərhəddə baş verən toqquşmada 105 erməni hərbçisi ölüb.
Qeyd edək ki, bundan əvvəl Paşinyan 49 hərbçinin öldüyünü bəyan etmişdi.
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
