Paşinyan Putini və Tokayevi Azərbaycanla müharibəyə dair faktlarla necə şoka saldı? – KTMT-dən "SIZMA"

Xəbər verildiyi kimi, 13 sentyabr 2022-ci il tarixində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik edən Ermənistanın təşəbbüsü əsasında "Ermənistan və Azərbaycan sərhədində ayrı-ayrı rayonlarda vəziyyətin gərginləşməsi və vəziyyətin nizama salınmasına yardım göstərilməsi haqqında" gündəliyi ilə qurumun Kollektiv Təhlükəsizlik Şurasının videokonfrans rejimində növbədənkənar sessiyası keçirilib.

 

İclasda Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistanın Baş naziri Koxir Rəsulzoda, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç iştirak ediblər.

 

Nikol Paşinyan dövlət başçılarına 13 sentyabr 2022-ci il gecə yarısından başlayaraq ağır silahlardan və pilotsuz uçan aparatlardan istifadə etməklə hərbi toqquşmaların baş verdiyi Ermənistan və Azərbaycan sərhədindəki ayrı-ayrı rayonlarda yaranmış vəziyyət barədə məlumat verib. 

Senzor.az bildirir ki, KTMT Katibliyindəki mənbələrdən haqqin.az-a verilən məlumata görə, Nikol Paşinyan həmkarlarının suallarını cavablandırarkən bir sıra sensasion etiraflar edib.

 

Belə ki, Ermənistan tərəfindən bütün Ermənistan-Azərbaycan sərhədinin minalanmasının, eləcə də Azərbaycanla sərhəddə hərbi infrastrukturun yaradılmasının yolverilməzliyi ilə bağlı Azərbaycanın mövqeyini səsləndirən dövlət başçılarından birinin sualına cavabında Paşinyan deyib ki, Ermənistan bu tədbirləri sərhədlərinin mühafizəsini gücləndirmək üçün görüb. Beləliklə, Paşinyan ilk dəfə olaraq delimitləşdirilməmiş sərhədin qeyri-qanuni minalanması və Ermənistan hökumətinin əvvəllər mübahisə etdiyi Qarabağın bu yaxınlarda işğaldan azad edilmiş rayonları yaxınlığında iri hərbi bazaların tikilməsi faktlarını təsdiqləyib.

 

Bundan əlavə, dövlət başçılarına son döyüş əməliyyatlarının təfərrüatları barədə məlumat verən Ermənistanın baş naziri Azərbaycan Ordusunun bölmələri ilə döyüşlərdə həlak olanların həqiqi sayını açıqlayıb. Paşinyan sentyabrın 13-də 150-dən çox erməni hərbçisinin həlak olduğunu bildirib. Baxmayaraq ki, bundan əvvəl Ermənistan parlamentində çıxışı zamanı o, 49 nəfərin öldüyünü bəyan etmişdi.

 

Haqqin.az bildirir ki, redaksiyada Nikol Paşinyanın çıxışının tam stenoqramı var, lakin etik mülahizələrə əsaslanaraq və Azərbaycanın digər KTMT üzvü olan dövlətlərlə müttəfiqlik münasibətlərinin yüksək səviyyəsini nəzərə alaraq, baş nazirin erməni ictimaiyyətini şoka sala biləcək digər sensasiyalı etiraflarını açıqlamır...

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.