Paşinyanın sülh açıqlaması Ermənistanı qarışdırdı – İNSANLAR KÜÇƏLƏRƏ AXIŞDI
BAŞ NAZİR DEDİKLƏRİNİ DANDI VƏ AZƏRBAYCAN SAYTLARINI GÜNAHLANDIRDI

Ermənistanın baş naziri Nikol Paşinyanın sülh sazişi ilə bağlı çıxışından qəzəblənən ermənilər etiraza qalxıblar. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ermənistan parlamentinin binası yaxınlığına minlərlə etirazçı toplaşıb.

 

Onlar Baqramyan prospektini bağlayıb, nəqliyyatın hərəkətini dayandırıblar. 

 

 Aksiya iştirakçıları hakimiyyəti Ermənistanın maraqlarına əməl etməməkdə ittiham edir, “Get!” şüarları səsləndirirlər.

 

Xatırladaq ki, Paşinyan bu gün parlamentdə sülh naminə çətin qərarların məsuliyyətini öz üzərinə götürmək niyyətində olduğunu bəyan edib.

 

“Biz bir sənəd imzalamaq istəyirik, hansı ki, ona görə tənqid, təhqir olunacağıq, satqın adlandırılacağıq, hətta xalq bizi hakimiyyətdən uzaqlaşdırmağa qərar verə bilər. Əgər bunun nəticəsində Ermənistan 29.800 kvadrat kilometr ərazidə davamlı sülh və təhlükəsizlik əldə edəcəksə, biz razı və minnətdar olacağıq. Mən açıq deyirəm, əgər bu təmin olunarsa, bu qərarı imzalayacağam. Məni başıma nə gələcəyi yox, Ermənistan Respublikasının taleyi maraqlandırır”, - deyə baş nazir bildirib.

 

Amma...

 

Paşinyan ermənilərin etirazından sonra sosial media hesabında açıqlama yayaraq, fikirlərindən döndüyünü bəyan edib. O, narazı ermənilərin könlünü xoş etmək üçün sülh sazişini imzalamayacağını söyləyib. 

Amma bu da etirazçıların qəzəbini soyutmayıb. Yəqin elə buna görə də N.Paşinyan "Facebook" hesabında canlı yayım açaraq xalqa müraciət etmək və insanları təmkinli olmağa çağırmaq məcburiyyətində qalıb: “Əziz həmvətənlər, sizi manipulyasiyaya getməyəyə səsləyirəm. Heç bir sənəd imzalanmayıb və imzalanmayacaq. Bu, ölkənin müqavimətini qırmaq üçün düşmən xarici qüvvələrin istiqamətləndirdiyi informasiya təxribatıdır”.

 

Paşinyan parlamentdə nə üçün elə dediyini də izah edib: “Niyə mən bu haqda danışdım? Bu gün Ermənistana təcavüz edilir. Biz deyirik ki, ərazi bütövlüyü müzakirə olunmur. Bizə deyirlər, “dəhliz”! Biz deyirik, Ermənistan ərazisindən dəhliz verməyəcəyik. Biz ərazi bütövlüyünü hər hansı şəkildə şübhə altına qoyan sənədə imza atmayacağıq. Bu gün sərhəddən əsgərlər zəng edirlər ki, düzdür ki, sənədə imza atılıb, yəni sərhədi qorumayaq? Mənə deyirlər ki, Azərbaycan saytları çıxışımı belə başlıqlarla yayıb. Biz deyirik ki, kompleks həllə hazırıq. Bizim vətənimiz müqəddəsdən də artıqdır, o, müzakirə edilmir”.

 

O bir daha vurğulayıb ki, “nə sənəd var, nə layihə”. Lakin bunun da bir faydası olmayıb.

 

Odur ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) açıqlama-izahat verməli olub ki, guya Nikol Paşinyanın çıxışı müxtəlif KİV-lər tərəfindən təhrif edilib və saxtalaşdırılıb. MTX-nın mətbuat xidməti də Ermənistan vətəndaşlarını manipulyasiya xarakterli bəyanatlara uymamağa çağırıb və əmin edib ki, heç bir sənəd imzalanmayıb və imzalanması gözlənilmir: “ Baş nazirin çıxışı müstəsna olaraq Ermənistanın xarici təhlükəsizliyini, suverenliyini və sabit sülhünü təmin edəcək sənədin imzalanmasına hazır olması ilə bağlı idi, hansı ki, buna cəhd edilməlidir”.

 

Bütün bunlara baxmayaraq, etiraz aksiyası davam edir...

 

Senzor.az







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.