Müdafiə naziri şəhid qardaşının şikayəti ilə bağlı tapşırıq verdi - ARAŞDIRMA APARILIR

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşmasında şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Әhmәdov Sәbuhi Fuad oğlunun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş təşkil edilib.

 

Senzor.az bildirir ki, bu barədə KİV-in  sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat verilib.

 

"Vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb.

 

Qeyd edək ki, müdafiə nazirinin tapşırığına əsasən, hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır.

 

İctimaiyyətə əlavə məlumat veriləcək", - nazirlikdən qeyd edilib.

 

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun şikayəti paylaşılmışdı. O, iddia edib ki, vaxtı ilə Səbuhi Əhmədovun komando hərbi birliyinə götürülməsi üçün mərhumdan 6 min manat pul alınıb.  O, qardaşının həmin pulu bankdan kreditə götürdüyünü bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.