
Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddəki gərginlik nəticəsində ölkəsinin 135 hərbçisinin öldüyünü açıqlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, baş nazir bunu hökumətin iclasında bildirib.
“Bu günə qədər ölənlərimizin təsdiqlənmiş sayı 135 nəfərdir. Təəssüf ki, bunun yekun rəqəm olmadığını başa düşürük. Çoxlu yaralılarımız var”, - Nikol Paşinyan vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl N.Paşinyan döyüşlər zamanı Ermənistan ordusunun 105 hərbçisini itirdiyini bildirmişdi.