
Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin daha 6 hərbi qulluqçusu şəhid olub.
Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmin hərbçilər bunlardır:
Hüseynli Rəşad Ramiz oğlu - baş çavuş
Balaşzadə Röyal Atduxan oğlu - əsgər
Kəlbiyev İsa Rəhim oğlu - əsgər
Qarazadə Nicat Malik oğlu - əsgər
Qənbərli Rəşad Əlizamin oğlu - əsgər
Süleymanov Turxan İdris oğlu - əsgər
Bununla da, erməni təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların sayı 77-yə çatıb.