Müəllimlərdən pul tələb edən direktor işdən çıxarıldı - YENİLƏNİB
AUDİO, FOTO


Müəllimlərdən pul tələb edən Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimova vəzifəsindən azad olunub.

 

Trend-in məlumatına görə, araşdırma aparılaraq akt tərtib edilib və məktəbin direktoru tutduğu vəzifədən azad olunub.

 

Xatırladaq ki, Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimovanın müəllimlərdən açıq-aşkar pul tələb etməsi ilə bağlı səs yazısı yayılmışdı.

 

Məktəbin direktoru müəllimlər üçün yaratdığı "Watsapp" qrupuna səs ataraq hər müəllimdən 50 manat tələb edib. Direktor bu pulu orta məktəbin təmiri adı ilə istəyib.

 

**13:21(19.09.2022)



Sumqayıtda orta məktəb direktorunun müəllimlərdən açıq-aşkar pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb.

 

Trend xəbər verir ki, hadisə Sumqayıt şəhər 32 saylı orta məktəbdə baş verib. 

 

Məktəbin direktoru İbrahimova Esmira Famil qızı sentyabrın 14-də müəllimlər üçün yaratdığı “WhatsApp” qrupuna səs ataraq hər müəllimdən 50 manat tələb edib.

Direktor bu pulu orta məktəbin təmiri adı ilə tələb edib. Direktor səs yazısında həmçinin müəllimlərə maaşlarından pul tutulacağını da xatırladıb.

 

“Hörmətli müəllimlər, sabah hamı bir nəfər kimi işdə olur və təcili məktəbin uçuq-sökük yerlərini 4-5 gün ərzində təmir etməliyik. Ona görə sabah hamı bir nəfər kimi 50 manat gətirir. Şüşələr sınıqdır, salınacaq, dəhlizlərə bu 4 gündə bir az əl gəzdiriləcək. Usta haqqı ilə birlikdə ancaq çatdıracağıq. Artıq pul qalsa, bir balaca da mərkəzi yerlərdə jalüzlərin təmirinə diqqət yetiriləcək. Əgər çatsa. Ona görə hamı bir nəfər kimi sabah 50 manat pul gətirir.

 

15 gündə kim hansı gün məktəbə gəlməyibsə, həmin günü yazılmayacaq, o da başqa cür hesablanacaq. 3 gün işə gəlmədiniz, hamının gününü yazdıq, pulu aldınız, xərclədiniz, halal olsun. İndi də məktəbi düzəltməliyik. Yəni o gəlmədiyiniz günlərə görə də maaşınızdan əlavə məbləğ çıxılacaq”, - səs yazısında bildirilir.

 

Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, məsələ ilə bağlı araşdırma başlanılıb. Araşdırmanın yekun nəticəsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən isə bildirilib ki, səs yazısı ilə bağlı prokurorluq orqanları tərəfindən də araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.