Ermənistanın eks-prezidentləri və Qarabağ separatçılarının sabiq başçıları toplaşırlar - FİKİRLƏRİ NƏDİR?

Ermənistanın keçmiş prezidentləri və Qarabağ separatçılarının eks-liderləri, eləcə də bütün ermənilərin katolikosu II Qaregin və Böyük Kilikiya Evinin katolikosu I Aramın iştirakı ilə görüş keçiriləcək.

 

Bu barədə “Hraparak” qəzeti yazıb.

 

Nəşr xatırladır ki, birinci prezident Levon Ter-Petrosyanla katolikos II Qareginin görüşündən sonra “Daşnaksütyun” partiyasının ali orqanının üzvü İşxan Saqatelyan görüşün onun təşəbbüsü ilə keçiriləcəyinə eyham vurub.

 

İ.Saqatelyan Ermənistandakı vəziyyətdən mümkün çıxış yollarını müzakirə etmək üçün eks-prezidentlərin, katolikosların, nüfuzlu hərbçilərin və ictimai xadimlərin görüşünün keçirilməsi təklifi ilə çıxış edib.

 

Nəşrin məlumatına görə, yaxın günlərdə 3+2+2 formatında görüş keçiriləcək. Burada Ermənistan və qonrama “dqr”in keçmiş prezidentləri və iki katolikos iştirak edəcək.

 

“Böyük Kilikiya Evinin katolikosu I Aramın iştirakı ilə bağlı şübhələr var, lakin qalanları razılıq veriblər”.

 

Modern.az-ın məlumatına görə, ehtimal olunur ki, iclasdan sonra iştirakçılar hakimiyyətə müraciət edəcəklər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.