
“Azərbaycanın Ermənistan üzərində qazandığı qələbəni rəsmiləşdirən 10 noyabr sənədindən sonra yaranmış yeni reallıq hər şeyə, o cümlədən iki dövlət arasındakı sərhəd mövzusuna da yeni baxış tələb edir. İki dövlətin bir-birinin ərazi bütövlüyünü tanıması üçün Azərbaycan öz tərəfindən hər şeyi edir. Amma hər fürsətdə təxribata, hərbi-siyasi öcəşmələrə əl atan Ermənistan öz imzası ilə etiraf və təsdiq etdiyi Böyük Məğlubiyyəti tez-tez unudur, hər dəfə “bəlkə bu səfər alındı?” deyə möcüzəyə bel bağlayaraq Azərbaycana hücum cəhdləri edir. Hadisələr göstərir ki, belə “pristupların” müəllifi heç də, İrəvanın izah etməyə çalışdığı kimi - Qarabağda hələ ki, araba kölgəsinə sığınaraq gizlənməyi bacaran separatçı qrup deyil. Proseslərin idarə olunduğu vahid qərargah, birmənalı şəkildə Ermənistandır. Bir gün onların həmləsinin hədəfi Fərrux yüksəkliyi olur. Başqa bir vaxt eyni həmlə faktiki dövlət sərhədinin Laçın istiqamətinə endirilir. “Qisas” antiterror əməliyyatı kimi cavab zərbələri ilə zərərsizləşdirilən qruplar bir müddət sakitləşir, az sonra yenidən təzə məkanlar, fürsətlər axtarır. Ermənistanın növbəti silahlı təxribatını Azərbahcan bu dəfə- sentyabr ayının 12-də, yenə də faktiki dövlət sərhədi istiqamətində qarşıladı. Və... nəticə düşmən tərəf üçün çox ağır oldu. Azərbaycan sərhəddə bütün hakim yüksəkliklərə nəzarət imkanı əldə etdi. 100-lərlə erməni hərbçisi məhv edildi, əsir düşdü, son iki ildə toparlanmağa çalışan ordunun demək olar ki, əsas hərbi-texniki arsenalı sıradan çıxarıldı. Özü də yalnız Azərbaycana doğru irəliləyən, əlverişli mövqelərə qalxmaq istəyən qüvələr və texnika yox, Ermənistanın içində, sərhədə yaxın ərazidə bizə təhdid və təhlükə yaradan bütün legitim hərbi hədəflər darmadağın edildi”.
Senzor.az bildirir ki, bu, məşhur jurnalist, “Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayevin REAL TV-də müəllifi və aparıcısı olduğu “Mir Şahinin vaxtı” verilişininin sonuncu buraxılışından sitatdır.
Bəs Ermənistanın həmin təxribatının qarşısı necə alınıb? Mir Şahin Ağayev bu və digər suallara hadisə rayonundan-sərhəd döyüşlərinin getdiyi yerdən hazırladığı reportajda cavab axtarıb.
Həmin reportajı təqdim edirik: