Mir Şahinə qarşı növbəti təxribat – BU DƏFƏ ONUN ADINDAN QAZİLƏRİ AŞAĞILADILAR
FOTO

Real TV-nin baş direktoru, məşhur araşdırmaçı jurnalist Mir Şahin Ağayevin adından sosial şəbəkədə növbəti yalan, ona aid olmayan fikirlər paylaşılıb.

 

Senzor.az bildirir ki, Real TV-nin rəhbəri bununla bağlı Facebook səhifəsində istifadəçilərə müraciət edib.  


Müraciətdə deyilir: “Dəyərli dostlar, hörmətli sosial şəbəkə istifadəçiləri! Hansısa “Made in Azerbaijan” adlı səhifədə adımdan Qazilərlə bağlı-mənə məxsus olmayan!!! fikirlər paylaşılır. Bildirmək istəyirəm ki, adımdan paylaşılanlar yalandır, iftiradır. Bu səhifə hər dəfə müxtəlif ictimai şəxslərin adından sitatlar paylaşmaqla onları kütləvi təhqirə nişan verir. Səhifəni idarə edən isə Məhəmməd Mirzəli adlı bir internet gədəsidir. Ona görə də nəzərə almağınızı və səhifədən şikayət vermənizi xahiş edirəm!”.

 

M.Ağayev öz səhifəsində həmin statusu da paylaşıb. 

Xatırladaq ki, bu, “Made in Azerbaijan”da  dəyərli həmkarımızın adından yayılan ilk feyk status deyil. Belə ki, bu ilin yanvarında - Qazaxıstandakı məlum hadisələrdən dərhal sonra da həmin səhifədə onun adından guya hansısa verilişdə səsləndirdiyi bir “sitat” paylaşılmışdı. “Sitat”da deyilirdi: “Rus ordusunun peşəkarlığı sayəsində Qazaxıstanda vandal kütlə öz layiqli cəzasını aldı. Parlamentin növbəti iclasında rus ordusu üçün Bakıda hərbi hissə ayrılmasını təklif edəcəm. Azərbaycanda radikal ünsürlər nə vaxtsa baş qaldırsa, rus ordusunu köməyi ilə onların dərsini çox asanlıqla verə bilərik”.

 

O vaxt bu “sitatı” 140 nəfər paylaşdığından daha çox izləyiciyə çatmış, geniş müzakirələrə səbəb olmuşdu.

 

Həmin paylaşımlara yazılan çoxsaylı rəylərdə sosial şəbəkə istifadəçiləri hiddətlərini gizlətməyərək, kütləvi şəkildə Real TV-nin rəhbərini, yumşaq desək, möhkəm qınamışdılar.

 

Buna görə də “Real” telekanalının əməkdaşı Mahir Məmmədli xüsusi açıqlama yaymağa məcbur olmuşdu. O bildirmişdi ki, Mir Şahin Ağayevin adından rus ordusunun Azərbaycana dəvət edilməsi ilə bağlı yayılan “sitat” provakativ və feyk paylaşımdır.

 

“Bunu dəqiqləşdirmək o qədər də çətin deyil. Çünki sosial şəbəkələrdə Mir Şahinin müəllif proqramının bütün buraxılışları paylaşılır və onları hər zaman izləmək mümkündür.

 

Təəssüf ki, xaricdən idarə olunan Facebook səhifələrində paylaşılan feyk “sitatlar”ı oxuyan və ailəsində eşitdiklərini şərh yerinə yazanlar özlərinə əziyyət verib həqiqəti dəqiqləşdirmək istəmirlər. Tipik sosial şəbəkə qaragüruhu ortadadır”, - M.Məmmədli əlavə etmişdi.

 

Bu dəfə isə istifadəçilər Mir Şahini birmənalı şəkildə və qətiyyətlə müdafiə edirlər. Bunun sübutu kimi, Real TV rəhbərinin müraciətinin altında yazılan bəzi şərhləri olduğu kimi təqdim edirik:


Bizcə, əlavə şərhə ehtiyac yoxdur...


Senzor.az







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.