
Ermənistanın üç sabiq prezidenti - Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan bütün ermənilərin katolikosu II Qareginin vasitəçiliyi ilə görüşüblər.
Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Eks-prezidentlərin görüşü dünən Eçmiədzin Kilsəsində təşkil olunub.
Məlumata görə, görüşdə Qarabağ separatçılarının keçmiş başçıları Bako Saakyan və Arkadi Qukasyan da iştirak ediblər.
Sabiqlər “Ermənistanın hazırkı çətin vəziyyəti və bu vəziyyətdən çıxış yollarının axtarışı” mövzusunda müzakirə aparıblar.
Erməni KİV-lərində qapalı görüşün təfərrüatı barədə məlumat verilməyib. Yalnız o vurğulanıb ki, görüşlərin davam etdirilməsi qərara alınıb.