Rusiyada səfərbərliyə cəlb olunan gənc hərbi komissarı güllələdi – VİDEO, FOTO

İrkutsk vilayətinin Ust-İlimsk şəhərində bir gənc hərbi komissarlıqda hərbi komissar Aleksandr Vladimiroviç Yeliseyevə atəş açıb. 

 

Senzor.az-ın məlumatına görə, İrkutsk vilayətinin qubernatoru İqor Kobzev jurnalistlərə bildirib ki, komissar ağır yaralanıb, lakin ölməyib. 

 

Qubernatorun sözlərinə görə, hərbi komissar hazırda reanimasiyadadır, həkimlər onun həyatı uğrunda mübarizə aparırlar.

 

İ.Kobzev deyib ki, hərbi komissara atəş açmaqda şübhəli bilinən 25 yaşlı Ust-İlimsk sakini Ruslan Zinin saxlanılıb və qanun qarşısında cavab verəcək. Səfərbərliyə cəlb olunan həmin şəxsin hərbi komissara 6 dəfə atəş açdığı bildirilir.

 

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanıb. 

 

Hadisə ilə bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik elan edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.